top of page

          #1 "Monoloq" romanı haqqında

​     Zeynəb Yusifova



Monoloq romanında son dövrlərdə bəlkə də məni ən çox düşündürən və maraqlandıran mövzuya toxunduğu üçün əvvəlcə Xəyyama öz təşəkkürümü bildirirəm. Bilirdim ki, gec ya tez bu mövzu haqqında kimsə susmayıb öz düşüncələrini cəsur şəkildə kitaba alacaq. Bu cəsarətinə görə də sənə bir daha heyran oldum.



Mənə maraqlı olan bütün məqamlara toxunulub demək olar ki. Amma ən maraqlı olan, insanlara azad şəkildə fikirlərini söyləmək, onları olduğu kimi qəbul etməməkləri haqqında olan hissədir. İnsanları zorla nəyəsə məcbur etmək bir yerə qədər olacaq mənim fikrimcə. Gec-tez bu sistem çökəcək. Ümid var hələ. Yəni, Mübarizəyə Davam!!!



Günümüzün ən başlıca problemi olan “kənardakılar nə düşünür” fikri ilə yaşamaq, bax bu məni və ətrafımdakı bir çox insanı məhv edir. Əminəm ki, azad düşünən gənclərimiz çoxdur. Kaş ki onlar da cəsarətli olsalar və əsl düşündükləri, etmək istədikləri və yaşamaq istədikləri həyatı yaşaya bilsələr.



Kitabda mənə təsir edən səhnələrdən biri Aygünün cəmiyyətdən qurtulmaq üçün nəinki valideynlərinə, hətta psixoloquna belə yalan danışması oldu. Bir vaxtlar mən də valideynlərimin beyinlərini, düşüncə tərzini dəyişməyə çalışmışdım. Amma romanda da deyildiyi kimi, birilərini deyişdirə bilmirsənsə məsələyə başqa mövqedən yanaş, onu olduğu kimi qəbul elə. Əsas olan, öz iradəni dəyişmə, özünü qarşıdakına olduğun kimi qəbul etdir. 



Ən vacib problemlərdən olan valideyn-uşaq münasibətlərinə toxunulması mənim diqqətimi çəkdi. Əsasən də bu hissə: “bəlkə də uşağını döyən valideyn intiqam alırdı, yaşaya bilmədiklərinin, qəbullana bilmədiklərinin intiqamını. Cəmiyyətin ona məcburən qəbul etdikrdiklərinin intiqamını bu balaca uşaqdan alırdı”.



Bakının digər şəhərlərlə müqayisəsi də məncə tam yerinə düşüb. İnsanların üzlərindəki qəm-kədəri, nifrəti demək ki tək mən görmürəm. Bu hamıya açıq və aydın görsənir. Hər birinin üzündən əzab əziyyət yağır, toxunsan ağlayacaqlarmış kimi. Məncə bunun da səbəbi onların yaşayış tərzidir, mövcud olan sistemlə bağlıdır. İşsizlik, müxtəlif növ problemlər onların özlərinə vaxt ayırmamağına gətirib çıxarır, məqsədsizlik nə üçün yaşadıqlarını bilməmək kimi.



Digər mənə çox maraqlı məqamlardan biri olan, rüşvət mövzusu. Məncə hər şey insanın özündən, onun iradəsindən aslıdır. Amma çox vaxt o iradəni elə qırırlar ki, ümidsizliyə qapılırsan. Məsələn, oxuyan tələbəni hər cür hədələyən, “imtahanda görüşərik” və ya “görüm sən diplom ala biləcən?!” kimi cümlələr.


Əsas problemlərimizdən olan təhsillə bağlı problemimizdi. Məncə bu ölkədə çoxumuza məlumdur ki, diplom almaq çox asan bir işdir, puluna minnət. Çox vaxt çarəni ölkəni tərk edib xaricdə təhsil almaqda görürük, məncə də bu doğru seçimdi, anacaq müəyyən mənada öz övladlarımızın həyatını məhv edirik, çünki problemin həlli qaçmaqda deyil. Məncə əsl problem təhsil sistemindədir, onun köklü dəyişikliyə ehtiyacı var. Xaricdə oxuyan tələbələr bura gəldikdə həyatın dəyişmədiyini görüb yenidən geriyə qayıdırlar. Çox vaxt nəticədə savadlı gənclərimizi itiririk.

MONOLOQ @ QANUN Nəşriyyatı 2012

  • s-facebook
  • s-tbird
  • s-blogger
  • s-rss
bottom of page