top of page

   Bütün münasibətlərimiz və davranışlarımız çərçivələnmişdi sanki. Sərhədlər müəyyənləşdirilmişdi və bütün həyat sadəcə bu sərhədlər içində olamlı idi. Bu çərçivələri yaradan kim idisə sevgini, sevməyi ora qoymağı unutmuşdu. Bəlkə də heç bunun nə olduğunu bilmirdi. Bəlkə də tam əksinə, sevgini tam yaxşı anlayırdı. Nə vaxtsa o da sevmişdi, amma hər kəsdən gizli, özünü belə aldadaraq, özünə belə yalan deyərək. Sevdiyinə isə bu haqda heç vaxt danışmayaraq yaşamışdı bu sevgini. İçinə gömmüşdü sevgisini, çox dərinlərə. Və üzərini insanlara, həyata, yaşamağa nifrət dolu qara torpaqla örtmüşdü, bir daha onu görmək və onun haqqında eşitməmək ümidi ilə.
       Buna görə sevgi və eşq haqqında danışmaq olmazdı. Çünki qaydaları və qadağaları qoyan insanın yarasını dəlirdi bu. Ona əzab verirdi. O yaşadığı həyatı hər kəş yaşamalı, onun hisslərini bölüşməli idi. Bəlkə o zaman rahatlanardı. Onu bu günə qoymuş insanlardan qisasını almış olardı...

MONOLOQ @ QANUN Nəşriyyatı 2012

  • s-facebook
  • s-tbird
  • s-blogger
  • s-rss
bottom of page